Hazırkı ABŞ lideri Cozef Biden və ABŞ-nin seçilmiş prezidenti Donald Tramp noyabrın 13-də Ağ Evdə görüşəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, görüş Ağ evin Oval kabinetində saat 11:00-da (Bakı vaxtı ilə 20:00) keçiriləcək. Məlumatda bildirilir ki, görüşlə bağlı əlavə təfərrüatlar sonradan təqdim ediləcək.
Trampın köməkçiləri daha əvvəl onun Baydenlə görüşünün yaxın vaxtlarda baş tutacağını bildirmişdilər.