Şimali Kipr yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarla görüşündə deyib. O, buna inandıqlarını bildirib: “Türk dünyası Kipr türklərinin haqlı mübarizəsini müdafiə etdikcə, birliyimiz daha da güclənəcək”. C.Yılmaz həmçinin diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Şimali Kipri tanımalı, onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib