09 noyabr 2024 10:15
204

Zelenski ən ağır döyüşlərin getdiyi istiqamətləri açıqladı

Cəbhənin Kuraxov və Pokrov istiqamətlərində Ukrayna Silahlı Qüvvələri üçün olduqca çətin vəziyyət hökm sürür.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, hazırda hərbi komandanlıq və briqada komandanlığı mövqelərin möhkəmləndirilməsi istiqamətində iş aparır.

O əlavə edib ki, cəbhənin bir sıra istiqamətlərində aktiv döyüşlər davam edir. Bu səbəbdən Ukrayna qoşunları daim öz resurslarını yeniləməlidir.