08 noyabr 2024 21:45
258

Heç bir təzyiq bizə bu günə qədər təsir etməyib, etməyəcək də - Elman Nəsirov

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev noyabr ayının 8-də - Zəfər Günündə Bakı şəhərinin ən gözəl guşələrinin birində Zəfər parkının açılışını həyata keçirtdi və bu mərasimdə dövlətimizin başçısı geniş bir nitqdə söylədi. Çıxışında ilk növbədə Azərbaycan xalqını tarixi Zəfər münasibəti ilə təbrik etdi, Azərbaycan Silahlı Qüvvələrini təbrik etdi. Vurğuladı ki, biz elə bir tarixi Zəfərə imza atmışıq ki, gələcək nəsillərdə bu tarix ilə həmişə fəxr edəcəklər. Eyni zamanda da, cənab Prezident vurğuladı ki, biz bu qələbəmiz ilə həm Birinci Qarabağ müharibəsi, həm İkinci Qarabağ müharibəsi, həm də bir sutkalıq antiterror əməliyyatında verdiyimiz şəhidlərin qisasını aldıq. Biz döyüş meydanında onların qanını aldıq. Bu günləri biz böyük qürur hissi ilə bu bayramı qeyd edirik.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Deputat bildirdi ki,  eyni zamanda, cənab Prezident vurğuladı ki, biz məqsədyönlü şəkildə, planlı şəkildə torpağımızın azad olunmasına hazırlaşdıq. İlk növbədə güclü iqtisadiyyat qurduq. Bunun bazasında güclü ordu formalaşdırdıq. Həqiqətəndə 2003-cü ildə Azərbaycan xalqının mütləq əksəriyyətinin səsi ilə prezident seçilərkən, cənab İlham Əliyev söylədi ki, O, ilk növbədə Ulu Öndərin siyasətinə sadiq qalacaq. Həmin siyasətin əsas istiqaməti, əsas qayəsini əsas torpağlarımızın işğaldan azad olunması təşkil edirdi. 17 il ərzində güclü iqtisadiyyat formalaşdırdı. Bu gün biz fəxarət hissi ilə qeyd edirik ki, Azərbaycan ümumdaxili məhsulu 123 milyard manata gəlib çatıb. Təxminən bizim 78 milyard dollarlıq ümumdaxili məhsulumuz var. Müqayisə üçün Ermənistanda bu heç 25 milyard dollara gəlib çatmır. Güclü iqtisadiyyat əsasında Azərbaycanın ordusu formalaşdı, güclü silahlı qüvvələri formalaşdı və onlar yenilməz ordu olaraq tarixi zəfərə imza atdılar. Bu məqamda xüsusi ilə qeyd etmək lazımdır ki, 2020-ci ildə qalib gəlmiş ordumuz üçün büdcəmizdən 1,9 milyard dollar vəsait ayrılmışdır. Növbəti ildə bu 2021-ci ildə 2,7 milyard dollara gəlib çatdı. Bu günləri isə Azərbaycanın hərbi büdcəsi 4,2 milyard dollardır. Gələn il isə proqnozlara görə 18,4 milyard dollara çatılması proqnozlaşdırılır.

Ermənistanın arxasında dayanan himayədarlarını da məğlub etmişik

Elman Nəsirov vurğuladı ki,  cənab Prezident vurğuladı ki, bizə qarşı çoxlu təzyiqlər oldu biz münaqişəni dinc yolla, yalnız diplomatik yolla həll edək. Amma biz fərqində olduq ki, bu yalandır bu bizi məğlubiyyətimizlə barışmaq cəhdidir. İstəyirlər ki, biz hər zaman işğalda qalması faktı ilə barışaq. Amma biz sübut etdik ki, biz heç bir zaman bunu etməyəcəyik. Son 17 il ərzində bizim atdığımız addımlar, gördüyümüz işlər hamısı son nəticədə tarixi qələbənin əldə edilməsinə yönəlmişdir. Biz təkcə bu qələbə ilə ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etmədik. Biz, eyni zamanda, erməni faşizminin, kökünü kəsdik. Erməni seperatizminə ölümcül zərbə endirdik. Erməni terrorizmini zərərsizləşdirdik. Tarixi ədaləti bərpa etdik. Bu günləri bizim alnımız açıqdır. Biz 30 il ərzində alnımızdakı o xəcalət tərini birdəfəlik sildik. Bu qələbəmizlə təkcə erməni faşizminə qalib gəlməmişik, eyni zamanda, Ermənistanın arxasında dayanan himayədarlarını məğlub etmişik. Onları biyabrçı, rüsvayçı bir məğlubiyyətlə üz-üzə qoymuşuq. Onlar bunu həzm edə bilmirlər. Ona görə də gecə-gündüz bizə qarşı yalanlar səsləndirirlər, bizi ittiham edirlər. Bizə qarşı cürbəcür yalanlar, iftiralar səsləndirirlər.

Biz ona görə güclüyük ki...

Deputat qeyd etdi ki, COP29 tədbiri öncəsi onların bu iftiralarının, yalanlarının miqyası daha da genişlənir. Bütün bunlar bizi tutduğumuz yoldan, haqq yolundan çəkindirə bilməz.  Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bizim işimiz haqq işidir. Biz ona görə güclüyük ki, Azərbaycanda hakimiyyət-xalq birliyi var, Azərbaycanda səfərbər olunmuş cəmiyyət var. Azərbaycanda vətəndaş həmrəyliyi hökm sürür. Ən başlıcası biz birlikdəyik. Biz birlikdə olanda çox güclüyük. Bu da xalqımızın müdrikliyindən irəli gəlir. Eyni zamanda, düşmənlərimizi məğlub edən bir faktora çevrilib.

Səbinə Kazımova, “İki sahil”