08 noyabr 2024 21:20
114

8 Noyabr - Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub

8 Noyabr - Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.

“İki sahil” xəbər verir ki, bu münasibətlə Tbilisidə bayram tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin üzvləri, tələbə gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Sonra şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixindən danışıb, müstəqilliyin ilk illərində qarşılaşdığı problemlər barədə məlumat verib.

Diplomat 44 günlük Vətən müharibəsində Gürcüstandakı soydaşlarımızın rolunu xüsusi qeyd edib. Bildirib ki, 24 nəfər soydaşımız bu müharibədə şəhidlik zirvəsinə yüksəlib.

Sonda Zəfər Günü ilə bağlı "Biz" sənədli filmi nümayiş etdirilib.