08 noyabr 2024 19:07
194

İrlandiya Prezidenti parlamenti buraxıb

İrlandiya Prezidenti Maykl Hiqqins parlamentin buraxılması haqqında sərəncam imzalayıb

“İki sahil” xəbər verir ki, İrlandiya Prezidenti Baş nazir Saymon Harrisin parlamenti buraxmaq və noyabrın 29-na ümumi seçki təyin etmək tövsiyəsi ilə razılaşıb.

Bundan əvvəl Harris Dublində hökumət binaları qarşısındakı meydanda ölkə konstitusiyasının ona verdiyi hüquqa uyğun olaraq növbədənkənar seçkilər keçirmək niyyəti ilə bağlı rəsmi açıqlama verib.

Bundan sonra o, dövlət başçısından rəsmi razılıq almaq üçün Hiqqinsin iqamətgahına gedib.