25 noyabr 2024 17:48
83

Tehranın nüvə proqramı üzrə danışıqlar bərpa ediləcək

İran Avropa “üçlüyü” (Almaniya, Böyük Britaniya, Fransa) ölkələri ilə ikiillik fasilədən sonra noyabrın 29-da Cenevrədə Tehranın nüvə proqramı üzrə danışıqları bərpa edəcək.

“İki sahil” xəbər verir ki, məlumatı “Nour News” agentliyi yayıb.

Bildirilib ki, İran və Avropa “üçlüyü”nün nümayəndə heyəti noyabrın 29-da Cenevrədə görüşəcək.

ABŞ, Çin və Rusiya nümayəndələri görüşdə iştirak etməyəcək.

İranın nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançı başçılıq edəcək.