"Ona görə də istənilən qərara hazırlaşmaq lazımdır. Biz müharibənin ədalətli bitməsini istəyirik. Əminəm ki, müharibənin tez başa çatması Ukrayna üçün itkidir. Mən tez bir zamanda qərar qəbul etmək fikrini qəbul etmirəm. Mən hələ də bu mövzuda prezident Trampla danışmamışam”.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Rusiya-Ukrayna müharibəsini “tezliklə” bitirə biləcəyi ilə bağlı verdiyi açıqlamanı şərh edərkən deyib.
Avropa Siyasi Birliyinin Sammitində iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştdə səfəri çərçivəsində mətbuat konfransı keçirən Zelenski, həmçinin Rusiyanın Kursk bölgəsində döyüş təlimi alan 11 min Şimali Koreya əsgərinin toplandığını bir daha iddia edərək, müttəfiqləri müharibədən daha çox itki verməmək üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Ukraynanın silah yardımına ehtiyacı olduğunu deyən Zelenski ABŞ-ın vəd etdiyi silahların hamısının hələ ölkəsinə çatmadığını bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”