08 noyabr 2024 08:08
195

İsrail polisi Fransa konsulluğunun iki işçisini saxlayıb

Şərqi Qüdsdə Fransa ərazisi olan Pater Noster kilsəsində (Eleona) İsrail polisi tərəfindən saxlanılan və sonra sərbəst buraxılan iki nəfərin Fransa Konsulluğunun əməkdaşları olduğu bildirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jean-Noel Barrot, “X” hesabında məlumat verib.

Nazir yazıb ki, İsrail təhlükəsizlik qüvvələri Fransanın mülkü olan Eleonaya silahlarla girdiyi üçün kilsəyə getməkdən imtina edib.

İsrail mətbuatında çıxan xəbərlərə görə, Barrotun noyabrın 7-də Şərqi Qüdsdəki Pater Noster kilsəsini ziyarət etməzdən əvvəl İsrail polisi ilə fransız jandarmları arasında gərginlik yaşanıb.

Fransız jandarmları İsrail polisinin Fransa ərazisi statusuna malik Pater Noster kilsəsinə daxil olmasını istəməyib.

İsrail polisi iki fransız jandarmasını saxlayıb və polis maşını ilə ərazidən uzaqlaşdırıb.

Fransa Xarici İşlər Nazirliyi 2 fransızın azad edildiyini açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”