08 noyabr 2024 00:45
95

Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirdi

Milli Məclisin deputatı Mehriban Vəliyeva 44 saylı Sumqayıt üçüncü seçki dairəsində növbəti dəfə  ərazi üzrə vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki, deputat vətəndaşları  fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət etdiblər. 

Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləciyi bildirilib.

Qeyd edək ki, bu görüş deputat Mehriban Vəliyevanın noyabr ayı üçün ilk vətəndaş qəbuldu.Növbəti vətəndaş qəbulu isə 27 noyabr tarixində YAP Sumqayıt şəhər təşkilatında baş tutacaq.