Niger ölkədə çevriliş cəhdinin araşdırılması zamanı Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) məlumatlarını ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı Fransanın dövlət təhlükəsizliyi dairələrindəki mənbəyə istinadən məlumat verib.
Sentyabrda Nigerin RTN dövlət televiziya kanalı Fransanın Nigerə rəhbərlik edən general Əbdürəhman Tçianiyə qarşı təşkil etdiyi ehtimal olunan çevriliş cəhdi barədə məlumat yaymışdı. Fransa Nigerin ittihamlarını rədd etsə də, Niameyin dərc etdiyi bəzi məlumatlardan narahatdır.
"Problem Niger xalqının idarəyə qarşı kampaniya aparmasında deyil, ölkənin DGSE-nin daxili məlumatlarına çıxış əldə etməsi və onları öz araşdırmasına daxil etməsi ehtimalındadır", - mənbə bildirib.