Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.
“İki sahil” Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.