07 noyabr 2024 14:08
209

Ukrayna ilə bağlı Avropa İttifaqının sağlam fikirlərini dinləməyə hazırırq, amma...

Moskva Ukrayna ilə bağlı Avropa İttifaqının sağlam fikirlərini dinləməyə hazırdır, lakin belə bir fikir yoxdur.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Əgər konkret sağlam ideyalar olarsa, biz onları dinləməyə hazır olacağıq”, - deyə, nazir bildirib.

Lavrovun sözlərinə görə, hazırda Brüsseldən və digər Avropanın paytaxtlarından” “Zelenski formulu”na alternativin olmaması ilə bağlı yalnız bəyanatlar eşidilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, bu formula çıxılmaz vəziyyətə gətirib çıxarır.