07 noyabr 2024 13:37
204

Konkret razılaşma yoxdur - Ermənistan XİN

Ermənistan sülh müqaviləsinin mətnini qısa müddətdə razılaşdırmaq üçün Azərbaycan tərəfi ilə görüşlərin intensivləşdirilməsində maraqlıdır.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

"Nazirlər və ya dövlət başçıları səviyyəsində konkret razılaşma yoxdur. Ancaq Ermənistan tərəfi müqavilə mətninin razılaşdırılmasını qısa müddətdə başa çatdırmaq üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır", - V.Kostanyan qeyd edib.