07 noyabr 2024 12:09
397

"Azəriqaz" İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu Hacıqabul rayonunda baş tutub - FOTO

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Hacıqabul rayonunda vətəndaşlarla görüşüb.

“İki sahil” xəbər verir ki,  Birlik rəhbəri Hacıqabulla yanaşı, Şirvan və ətraf rayonlardan qəbula üz tutan 30-a yaxın vətəndaşın qaz təchizatı ilə bağlı problemlərini dinləyib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, habelə işə qəbulla bağlı müraciət ünvanlanıb.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.