03 noyabr 2017 21:19
726

Yaponiya və Azərbaycan musiqiçiləri eyni səhnədə çıxış ediblər

Azərbaycan Milli Konservatoriyasında Yaponiyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə iki ölkənin xalq musiqisindən ibarət konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar. Konservatoriya ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən səfir muğamı çox sevdiyini diqqətə çatdırıb.

Konsertin birinci hissəsində yaponiyalı, ikinci hissəsində azərbaycanlı musiqiçilər çıxış ediblər. Sonda iki ölkə sənətkarlarının təqdim etdiyi sintez musiqi maraqla qarşılanıb.