Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasında qərar imzalanıb.
Bildirilib ki, iclasda quruma üzv ölkələrin xarici işlər nazirləri iki sənəd - “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalayıblar.
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib