06 noyabr 2024 08:37
158

Qırğızıstanın XİN başçısı: TDT Dövlət Başçılarının Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq

Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq.

Bu barədə jurnalistlərə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev məlumat verib.

Onun sözlərinə görə, görüşün yekunlarına əsasən, TDT iştirakçısı olan ölkələrin əlaqələrinin vəziyyəti və gələcək əməkdaşlığını göstərən bəyannamə qəbul ediləcək.

“Gündəliyin əsas məsələsi hazırda bütün TDT ölkələrinin maraqlı olduğu yaşıl iqtisadiyyatdır. Bu gün biz Yaşıl Baxış (Green Vision - Qeyd) təşəbbüsünü təsvir edəcək bir sənəd qəbul edəcəyik. Sənəd əməkdaşlığımız çərçivəsində müxtəlif proqramların inkişafını davam etdirəcək bir konsepsiyanı təmsil edəcək”.

“Report”