06 noyabr 2024 08:21
157

NATO-nun Baş katibi İtaliyaya səfər edib

NATO-nun Baş katibi Mark Rutte İtaliyada səfərdə olub.

“İki sahil” xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Romada Baş nazir Ciorcia Meloni ilə Mark Ruttenin görüşündə qlobal miqyasda qeyri-sabitlik sahələri qarşısında ümumi təhlükəsizliyin əsas sütunu kimi Alyansın rolu, eləcə də təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində İtaliyanın Avroatlantik müdafiəyə aparıcı töhfəsi müzakirə olunub.

Görüşdə həmçinin, Ukraynanın müdafiəsinə dəstək, NATO-nun Avropa sütununun daha innovativ və rəqabətədavamlı müdafiə sənayesi ilə gücləndirilməsi, eləcə də alyansın yeni təhlükəsizlik çağırışlarına uyğunlaşmasına dair müzakirələr aparılıb.

Baş katib Romaya səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella ilə də görüşüb.