05 noyabr 2024 17:55
265

Dövlət Xidməti COP29-a həsr olunmuş tədbirlər keçirib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında “Yaşıl dünya naminə həmrəylik ili” və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə "İki sahil"ə Xidmətdən məlumat veriıib.

Bildirilib ki, qoruqlarda həyata keçirilən ağacəkmə aksiyaları, ekskursiyalar, intellektual yarışlar və maarifləndirici tədbirlərdə ətraf mühitin və yaşıllıqların qorunması, tarixi abidələrin təbliği və mühafizəsindən danışılıb.

İqlim dəyişikliyinin tarixi abidələrə və tullantıların ekosistemə mənfi təsirlərinin azaldılması, ekoloji maarifləndirmə kimi mövzulardan bəhs olunub.