10 iyul 2026 15:15
156

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan edilir. “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan müsabiqə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilir və işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni və dini abidələrimizə həsr olunub.

“İki sahil” xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd həvəskar və peşəkar fotoqrafların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin zəngin tarixi-mədəni irsinə fərqli rakurslardan yanaşması və eyni zamanda, Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix və mədəniyyət abidələrimizə diqqət çəkməkdir.

Həm peşəkar, həm də həvəskar fotoqrafların iştirak edə biləcəyi müsabiqəyə hər iştirakçı maksimum 3 fotoiş təqdim edə bilər. Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda (jpeg formatında, 300 dpi) təqdim edilməli, fotoların uzun tərəfi 3000 piksel, ölçüsü isə 3 MB-dan çox olmamalıdır.

Fərqlənən iştirakçılar sertifikatla, qaliblər isə diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 30 sentyabr 2026-cı il tarixinədək qeyd olunan link (https://forms.gle/CN4MPs4pV3Jhy95g8) vasitəsilə qeydiyyatdan keçməli və fotoişlərini təqdim etməlidir.

Aşağıdakı linkə keçid etməklə müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək olar: https://memim.az/xeberler/qarabagin-das-yaddasi-fotomusabiqesi-elan-olunur-1783679620.