05 noyabr 2024 11:58
164

Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb

Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb.

“İki sahil” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir.

Məlumata görə, Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşasına start verilib.

"İlkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır",- deyə məlumatda qeyd edilib.