04 noyabr 2024 08:30
140

Vellinqton yaxınlığında zəlzələ olub

Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət geoloji xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri paytaxtdan 80 km qərbdə – Pikton qəsəbəsinin yaxınlığında yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.