04 noyabr 2024 08:13
140

Pxenyan və Moskva arasında hərbi əməkdaşlıq Rusiya – Ukrayna münaqişəsindən sonra da davam edəcək

Rusiya Cənubi Koreya ilə müharibə halında Şimali Koreyaya qoşun göndərəcəyinə söz verib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Korea Herald” məlumat yayıb.

Milli Assambleyanın Milli Kəşfiyyat Komitəsinin üzvü, Seulun Rusiyadakı keçmiş səfiri Vi Son Lakın sözlərinə görə, Pxenyan və Moskva arasında hərbi əməkdaşlıq Rusiya – Ukrayna münaqişəsindən sonra da davam edəcək.

Diplomat vurğulayıb ki, tərəflər qarşılıqlı müdafiə paktına uyğun olaraq, onlardan hər hansı birinə hücum edilərsə, dərhal hərbi yardım göstərməyə razılaşıblar.

Nəşr qeyd edib ki, Şimali Koreya əsgərlərinin Rusiya – Ukrayna müharibəsində iştirakı Rusiyaya ərzaq tədarükü, əhəmiyyətli maliyyə zəmanətləri və Cənubi Koreya Asiyada hərbi əməliyyatlara başlayarsa, münaqişəyə qoşulmaq vədinə başa gələcək.