04 noyabr 2024 02:32
168

Vatikanda Müqəddəs Yubiley İlinin maskotu sosial mediada populyarlaşıb

Vatikanda Müqəddəs Yubiley İli çərçivəsində ictimaiyyətə təqdim olunan “Luce” (italyan dilində “işıq” deməkdir) adlı rəsmi maskot sosial media platformalarında populyarlıq qazanıb.

“İki sahil” xəbər verir ki, təqdimatından qısa müddət keçməsinə baxmayaraq, “Facebook”, “X”, “Reddit” və “TikTok” kimi sosial media platformalarındakı fan-art səhifələrində anime üslublu maskotla bağlı minlərlə paylaşım edilib, “mem” olub.

O, həmçinin “Halloween” geyimlərinə və bazar kapitallaşması 50 milyon dolları ötmüş “Luce Token” adlı kriptovalyutanın yaradılmasına ilham verib.

2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli qeyd ediləcək.

Qeyd edək ki, “Luce” oktyabrın 28-də ictimaiyyətə təqdim olunub və yubiley ilində katolik zəvvarları təmsil edəcək. O, Yaponiyanın Osaka şəhərində keçiriləcək “Expo 2025” beynəlxalq sərgisində Müqəddəs Taxt-Tacın pavilyonunun rəsmi simvolu olacaq.