06 noyabr 2017 17:40
1190

Xalqımızın milli sərvəti

Azərbaycan Radiosu 91,  Televizyası 61 illik fəaliyyəti ilə bu dəyərini günbəgün zənginləşdirib

61 və 91  illik yol… Keçilən yol məsafə ilə uğurlar biri-biri ilə vəhdət təşkil edəndə,  zənginlik vaxtı «üstələyəndə»  gələcəyə baxış daha yüksək səviyyədə olur, zamanın tələbinə uyğun olaraq yeni-yeni vəzifələr gündəmə gəldikcə məsuliyyət hissi daha da artır. Bu gün haqqında bəhs edəcəyimiz, evimizin 61və 91 illik daimi qonağına çevrilən   Azərbaycan Televiziyası və radiosu bu yolu beləcə qət etmiş, tamaşaçı auditoriyasını  dövrün, zamanın tələblərinə əsasən hazırladığı verlişləri ilə  genişləndirmiş, hər an ölkəmizin keçdiyi yolun bələdçisi kimi diqqət çəkmişlər.

Bu reallıq   böyük fərəh hissi ilə qeyd olunur ki, 1956-cı ildə Azərbaycan televizisiyasının efirə  çıxması  ölkəmizin ictimai, siyasi,   mədəni həyatında  mühüm hadisəyə çevrildi.  Bu faktı da qeyd etməmək bağışlanmaz ki, Azərbaycan Televiziyası radionun fəaliyyətinin 30 illiyində onunla birgə addımlamağa başlamış, bu şərəfli missiyanı bir-birlərinə «dəstək» ruhundə yerinə yetirmişlər.  Azərbaycan radiosunun 91, televiziyasının 61 illik fəaliyyətinin şahidi olan  cəmiyyətimizin yaşlı nəsli bu  məqamı hər zaman böyük sevinc hissi ilə qeyd edirlər ki, bu gün çoxsaylı televiziya kanalları sırasında özünəməxsus yer tutan AzTV doğrudan da evlərin əziz qonağı kimi böyük hörmətlə qarşılanıb. Orta nəsil isə  keçilən bu yolun ilk illəri ilə  hər zaman bizlərə yardımçı olan, istiqamət verən vikipediyadan tanış olaraq, şərəfli yoldan böyük qürur hissi keçirirlər. 

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da «Danışır Bakı», Televiziyası 1956-cı il fevralın 14-də «Göstərir Bakı!» kəlməsi ilə  izləyicilərin görüşünə gəldi.  Televiziya və radionun ictimai fikrə təsir imkanlarının nə qədər geniş olduğunu nəzərə alsaq,  Azərbaycan televiziyasının və radiosunun  61 və 91 ildə  Azərbaycan dilinin, mədəniyyətinin,  tarixinin təbliğində,  milli şüurumuzun, təfəkkürümüzün formalaşmasında, həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında  nə kimi rola malik olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Bu baxımdan ki, görülən  işlər Azərbaycan cəmiyyətinin gözləri qapşısında cərəyan edirsə, televiziya, radio izləyiciləri bu həqiqətlərin  şahidi qismində çıxış edirsə, artıq  gerçəkliyi təbliğ etməyə ehtiyac yaranmır. Ehtiyac yalnız  bu baxımdandır ki, bu günümüzün gəncliyi, eyni zamanda gələck nəsil  bu xidmətlərin əvəzsizliyi barədə dolğun məlumata malik olmalıdır.

Çoxsaylı televiziya kanalları arasında Azərbaycan Televizyasının öz dəsti-xətti ilə seçildiyi diqqətdən kənarda qalmır. Bu da bir reallıqdır ki, Azərbaycan Televiziyası bir məktəbdir. Bu məktəbdən dərs alan hər bir media təmsilçisi bundan qürür hissi ilə bəhs edir. Eyni zamanda bu məqamı da qeyd etməliyik ki, hazırda doğma televiziyamızın yetirmələri digər kanallarda fəaliyyət göstərir, əldə etdikləri təcrübəni həmkarları ilə bölüşür,  media aləminə gətirdikləri yeniliklərdən fəxarət hissi keçirirlər.

Bu gün Azərbaycan mətbuatının inkişaf yolunda inamla irəlilədiyi göz önündədir.   1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, mətbuatda da yeni bir səhifənin açılmasını şərtləndirdi.   1998-ci ildə senzuranın ləğvi  bu inrkişafa böyük stimul oldu.  Ulu öndər Heydər Əliyev mütəmadi olaraq media nümayəndələri ilə görüşündə   cəmiyyətin güzgüsü kimi  yazılı və elektron KİV-lərdən  Azərbaycan cəmiyyətinin gözləntilərinə diqqət yönəldir, ilk tapşırığı bu olurdu ki,  mətbuat  dövlətçilik, vətənpərvərlik, milli şüur prinsiplərini əsas tutmalı, heç br qərəzə yol vermədən  baş verən hadisəni  dolğun şəkildə ictimaiyyətə çatdırmalıdır. İctimaiyyətin  informasiya tələbatının ödənilməsi  onların əsas hüququ kimi  önə çəkilir, mətbuatdan da üzərinə düşən vəzifəni  lazımi səviyyədə yerin yetirməyi tələb edirdi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atıldı. Məhz bu faktı da xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev mətbuata diqqət və qayğısının davamlılığına, mətbuata verdiyi dəyərə görə 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıdan da aydın görünür. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan digər sahələrdə olduğu kimi bu istiqamətdə də birinciliyini qoruyur. Ən əsası ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəsiçidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internet istifadəçilərinin bu sayda olduğu bir ölkədə hansısa bir məhdudiyyətdən söhbət gedə bilməz.  Jurnalist peşəkarlığının artırılması, məsuliyyətin daha dərindən dərk olunması, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin media nümayəndələrinin sosial mənzil şəraitlərinin yaxşılaşdırılması  prioritet məsələ kimi öndədir. 2008-c ildə  dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılmasında da məqsəd məhz bu kimi vəzifələrin icrasına dəstək olmaqdır. O da məlumdur ki, Dəstək Fondunun bu istiqamətdə atdığı hər addım, o cümlədən təşkil etdiyi yazı müsabiqələrinə həsr olunan tədbirlər AzTV-də geniş şəkildə işıqlandırılır. Məhz ölkə Prezidenti İlham Əliyevin 14 ildə  Azərbaycan mətbuatının inkişafına göstəridyi diqqət və qayğı onun 3 dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsini şərtləndirib.  Təbii ki, bu qeyd etdiklərimiz Azərbaycan dövlətinin mətbuata göstərdiyi qayğının az bir hissəsidir. Ən əsası jurnalistlərin məzil şəraitinin yaxışlaşdırılması məqsədilə artıq  2 bina tikilib istifadəyə verilib, üçüncü binanın təməli qoyulub. Sözsüz ki, bu qayğıdan bəhrələnən media nümayəndələri arasında AzTV-nin də əməkdaşları vardır.    

Bu kiçik xatırlatma fonunda böyük fəxr hissi və inamla qeyd edə bilərik ki,  ölkəmizin ilk telekanalı olan  AzTV yaradıcılıq potensialı, həmçinin maddi-texniki bazası ilə  inkişaf yolunda inamla irəliləyir. Sirr deyil ki, başlanğıc  müəyyən çətinliklərlə yadda qalsa da sonrakı mərhələdə düzgün müəyyənləşdirilən təməl uğurların davamlılığına geniş yol açır. Azərbaycan Radiosu və Televiziyası da ilk addımlarını belə atıb. İlk  mərhələdə bu sahədə  mütəxəssislərin yoxluğundan  buraya  qəzet və teatr əməkdaşları dəvət edilirdilər. İllər keçdikcə zamanın tələbinə uyğun olaraq təkmilləşmə, yeniləşmə həm verlişlərin gündəlik sayında, həm də proqramların yayım həcminin artmasında özünü nümayiş etdirdi. O da məlumdur ki, 2005-cı ilin  yanvarından televiziya 24 saatlıq fasiləsiz yayıma keçib. Bu artıq onun təsdiqidir ki, cəmiyyət informasiya tələbatını hər saatın, saniyənin xəbərlərinə uyğun olaraq ödəyir.  Televiziya kanalları  arasında sağlam rəqaəbt ruhunda aparılan təkmilləşmə, struktur dəyişiklikləri öz bəhrəsini verir. bir məqamı da unutmayaq ki, hər bir verlişin,  proqramın ərsəyə gəlməsində  tələb olunan məsuliyyət hissinin hansı səviyyədə dərk olunması  rəhbərliyin idarəçiliyinin asılıdır. Azərbaycan Radiosu və Televiziyası əldə etdiyi uğurlarla bu məqamı daha qabarıq şəkildə  nümayiş etdirir. 2006-cı ildən bu günə «Azərbaycan Televiziya və Radio Verlişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini davamlı uğurlara yol açan  təkmil islahatları ilə həyata keçirən Arif Alışanov illərin təcrübəsini istinad mənbəyi kimi qəbul edir. Bu mənbəyə yeni çalarlar əlavə etməklə, televiziyanın fəaliyyət istiqamətlərini daha da genişləndirir, yüksək idarəçiliyindən irəli gələn  kollektivin öz işinə məsuliyyətlə yanaşması hissini artırır. Məqsəd və məsuliyyət uğurların açarıdır.     

Qeyd etdiyimiz kimi,  bugünkü uğurlu yol sözsüz ki,  keçmişin zənginliyindən qanynaqlanır. Necə deyərlər, gələcəyə keçmişimizlə addımlayırıq. Azərbaycan Radiosunun 91, televiziyasının 61 illik fəaliyyətini  təhlil etdikcə Azərbaycanımızın bütün sahələrdə  hansı çətinliklərdən  keçərək bu günümüzə gəldiyini daha aydın görür, bu minvalla da irəliyə böyük inamla baxırıq. Tarix ən böyük yaddaşdır. Eyni zamanda bu deyimi də hər zaman qeyd etməyi özümüzə borc bilirik ki, zaman hakim, tarix isə yaddaşdır.  Ölkəmizdə baş verən bütün hadisələri Azərbaycan radiosundan eşitməmək, televiziyasında  görməmək, izləməmək qeyri-mümkündür. Tariximizi, mədəniyyətmizi,  mili mənəvi dəyərlərimizi özündə əks etdirən  televiziya tamaşaları, kinolarımız, teatr kollektivlərinin səhnələşdirdikləri dram və komediyalar Azərbaycan televiziyasında böyük zövqlə  izlənilir. Eyni zamanda bütün sahələrin inkişafına bir növ çağırış olan verlişlərimiz  cəmiyyətə təqdim olunur.

Azərbaycan Radiosunun və Televizyüasının keçdiyi  inkişaf yolu ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə öz məhsullardığı ilə diqqət çəkib. Ümummilli lider Heydər Əliyevin  yorulmadan fəaliyyəti, xalqımızı, ölkəmizi daha irəliyə aparmaq  istəyi və bu istiqamətdə atdığı addımlar televiziyamızın  fəaliyyətinə öz müsbət təsirini göstərirdi. müsbət mənada təsir edirdi. Azərbaycan Televiziyasının istehsal etdiyi filmlər, proqramlar, verlişlər keçmiş ittifaqın Mərkəzi Televiziyası vasitəsilə nümayiş edirilirdi. Həmin dövrlərdə Respubilka Sarayında, paytaxıtımızın digər tamaşa salonlarında keçirilən toplantıların sayı-hesabı yol idi. Azərbaycan televiziyası bunları  hərtərəfli şəkildə, böyük ustalıqla tamaşaçılara çatırırdı. Məhz bu fəaliyyətin nəticəsi idi ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Televiziyasını «xalqımızın milli sərvəti» kimi dəyərləndirmişdir.
Həyat bu gün də öz axarında davam edir. 26 illik müstəqillik tarixində Azərbaycanın qazandığı hər bir uğur, hər  sahəninin inkişafına yönələn addımlar, ölkədə və dünyada baş verən hadisələr heç bir təhrifə yol vermədən  cəmiyyətə çatdırılır. Bu günümüzün yeganə problemi olan   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinin dünya ictimaiyyətinə çatırılmasına yönələn tədbirlər Azərbaycan televiziyasının tərtib etdiyi proqramların, verlişlərin əsas tərkib hissəsidir. Ölkə Prezidenti İlham Əliyevin,   Heydər Əliyev irsinin əsas təbliğatçısı olan Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycan Respublikasının I vitse prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər geniş şəkildə  ölkə və dünya ictimaiyyətinə çatdırılır. Qeyd etdiyimiz kimi, Azərbaycan Televiziyasının və radiosunun  auditoriyası çox genişdir. Hazırda televiziyamızın  yaydığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər.

Bu günümüzün üçün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Televiziyası müstəqil Azərbaycanımızın hər an, hər saniyə, hər həqiqə əldə etdiyi uğurların təbliğatçısıdır. Bir yazı çərçivəsində 61 ildə televiziyanın, 91 ildə radionun keçdiyi yolu tam əhatə etmək qeyri-mümkündür. Əsas olan budur ki, bu gün dövlətimizin uğurlu, təkmil siyasəti Azərbaycan mətbuatının davamlı uğurlarına geniş yol açır ki, Azərbaycan Televiziyası da bu inkişafı fəaliyyəti ilə təsdiqləyir.

91 yaşını qeyd edən Radiomuzun, 61 yaşında Televiziyamızın hər bir əməkdaşını bu xoş günlər münasibətilə təbrik edir, yaradıcılıq uğurları, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinin müjdəçisi olmağı arzulayırıq. 

Yeganə Əliyeva, «İki sahil»