02 noyabr 2024 23:10
228

Türkiyəli millət vəkili ölümdən döndü

Mustafa Varank avtomobil qəzası keçirib

Bursada istehsal olunan yolsuzluq avtomobili ilə Uludağda meşəyə gəzintiyə çıxan AK Partiya Bursa Millət vəkili Mustafa Varank böyük bir qəzadan sağ çıxıb.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, meşəlik ərazidə yolsuzluq avtomobilinin yaş təkərlərinin sürüşməsi nəticəsində Varank markalı avtomobil şiddətlə ağaca çırpılıb. Bir anlıq reflekslə başını aşağı salan M.Varank xoşbəxtlikdən qəzadan xəsarət almadan xilas olub.

Baş verən anlar kameraya düşüb. M.Varank soyuqqanlılığını saxlayaraq, - “Heç nə yoxdur, mən yaxşıyam”, - deyərək ətrafındakıların sakit olmasını təmin edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”