Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə səfir rəsmi "X" sosial media hesabında qeyd edib.
"Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu ziyarət etdim və ikitərəfli münasibətlər, regional və qlobal məsələlərlə bağlı çox məhsuldar görüş keçirdim", - deyə diplomat bildirib.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər