Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviyanın iqtisadiyyat naziri Viktors Valaynis ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Biz Azərbaycan-Latviya ticari-iqtisadi əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə etdik. Bundan əlavə, COP29-a ev sahibliyi edən Azərbaycanın prioritetlərini və fəaliyyətini təqdim etdim”, - paylaşımda bildirilib.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər