"Ermənistan və Azərbaycan demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyətinin reqlamentinin qüvvəyə minməsi barədə bir-birlərinə məlumat verəcəklər. Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi layihəsini tam şəkildə razılaşdıra biləcək."
"İki sahil" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan bir-birinə reqlamentin (demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyəti-red.) qüvvəyə minməsi barədə məlumat verəcəklər”, - nazir vurğulayıb.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər