30 oktyabr 2024 17:50
84

Sumqayıt Kimya Sənaye Parkında gübrə istehsalı zavodunun tikintisinin xərci açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 10,2 milyon manat investisiya yatırılacaq.

“İki sahil”  Agentliyə istinadən xəbər verir ki, söhbət Azərbaycan və Türkiyə birgə kapitallı “Elba Chem” QSC-dən gedir. Şirkət tərəfindən Sənaye Parkının ərazisində istehsal gücü ildə 10 min ton olan kalium sulfat (gübrə) istehsalı zavodunun inşası nəzərdə tutulur.

Layihə çərçivəsində 50-dən çox iş yerinin yaradılması planlaşdırılır. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Beləliklə, Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb.