30 oktyabr 2024 15:00
229

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi dəyişib

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli Sərəncamında dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.