Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Turizm haqqında” qanuna dəyişikliyi təsdiq edib.
Turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağandır:
- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (MTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.