30 oktyabr 2024 12:40
211

Vətən müharibəsindən sonra 170 min hektardan çox ərazi minalardan təmizlənib

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından bu günə qədər 170 min 071,9 hektar ərazi minalardan təmizlənib.

“İki sahil” xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, bu müddət ərzində aşkar olunmuş piyada əleyhinə mina sayı 34 min 477-dir:

"Aşkar olunmuş tank əleyhinə mina 20 min 906, partlamamış hərbi sursat 109 min 544-dir. Minatəmizləmə əməliyyatına cəlb edilən cəmi resurslara gəlincə, 2 min 482 əməliyyat heyəti, 164 minaaxtaran it və 85 minatəmizləyən maşınlar cəlb edilib. Bu ilin iş planına əsasən, təmizlənən ərazi 60 min 530,7 hektardır (onlardan 19 min 804,6 hektarı isə yaşayış ərazisi). Təmizləmə göstəricilərinin illik 65 min hektara çatdırılması nəzərdə tutulur".