29 oktyabr 2024 18:00
110

“AzInTelecom” sığortaçı seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

“İki sahil” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini noyabrın 22-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə, 74 ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 22-də, saat 17:45-da qeyd olunan ünvanda baxılacaq.