Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum və həbs edilmiş şəxslərə hüquqi yardım göstərilməsi davam etdirilir.
“İki sahil” xəbər verir ki, oktyabrın 25-də 7, 10, 11 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 131 nəfər məhkum yaradılmış bu imkandan istifadə edib.
Aksiyada “Kredo”, “Mərkəz”, “Kiçikbəyov və Partnyorları” və 17 saylı Vəkil bürolarının vəkilləri tərəfindən onlara qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.
Abşeronda "sosial eksperiment" keçirmək adı ilə dələduzluq etməkdə ittiham olunan şəxs saxlanılıb
Media: Maduro və həyat yoldaşı ABŞ qüvvələri tərəfindən ələ keçirilərkən xəsarət alıblar
Baş nazir: İsveç Ukraynanı döyüş təyyarələri ilə təmin etməyə hazırdır, ancaq...