2024-cü il oktyabrın 24-də Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/”BRİCS+” formatının ilk plenar iclası keçirilmişdir. Hazırda 9 üzvü olan BRİCS 2006-cı ildə yaradılmışdır. Bu ilki BRİCS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılmışdır. BRİCS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın ¼-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilmişdir, yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət etmişdir. BRİCS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Səegi Mərkəzinə gəldi. Dövlətimizin başçısı tədbirdə çıxış edərkən bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan dövləti tərəfindən əyani şəkildə nümayiş etdirilmişdir. Dördillik sədrlilik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atmışdır. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirmişdir. Sonra cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırki sədri qismində kömək edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayında Bakıda keçiriləcək ən böyük iqlim konfransı – COP29 barədə çıxış edərək demişdir: “Növbəti ayda Bakı ən böyük iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və QlobalŞimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.”
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri