29 oktyabr 2024 13:09
190

Hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısında dəyişiklik edilir

Ehtiyata və ya istefaya buraxılmadan öncə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısında dəyişiklik edilir.

“İki sahil” xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə bilərlər.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.