Bir sıra ölkələrdə ənənəvi olaraq, ucuz mala şübhə formalaşıb.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin okrtabrın 29-da keçirilən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrdə orta qiymətdən aşağı təklif edilən məhsulu heç kim almır:
“Çünki məhsulun ərsəyə gəlməsi üçün müəyyən xərc çəkilməlidir. Bu xərcdən ucuza başa gələn malda hansısa problem olduğunu bilirlər. Azərbaycanda bu situasiyaya uyğun “ucuz məhsulun keyfiyyətli yeməyi olmur” məsəli də boşuna yaranmayıb".