Lamiyə Tağyeva ali tahsilinin bakalavr pilləsini 2015-2019-cu, magistr pilləsini isə 2019-2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektroenergetika mühəndisliyi ixtisası üzrə bitirib. Hazırda SOCAR-ın Bakı Ali Neft Məktəbində MBA proqramında Layihələrin idarə olunması ixtisası üzrə magistr təhsili alır.
Əmək fəaliyyatinə 2019-cu ildə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin (İB) Qaz anbarlarının istismarı İdarəsinin Elektrik təchizatı ve elektrik avadanlıqları sahəsində elektrik təchizatı üzrə mühəndis vəzifəsində başlayıb. 2024-cü ilin aprel ayından indiyədək isə İB-nin Maddi-texniki təchizat İdarəsində Rəhbərlik yanında aparatda böyük energetikdir.
Lamiyə Tağyeva, SOCAR-da çalışmağa başlamadan öncə, 2019-cu ildə şirkətin Daxili Təqaüd Proqramının iştirakçısı və Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi, 2024-cü ildə isə SOCAR və Almaniyanın “Uniper” şirkətinin Almaniyada birgə təşkil etdikləri "Qadınlar liderlikdə" (Woman in Leadership) proqramının iştirakçısı olub.
Həmidə Sarıyeva ali təhsilinin bakalavr pilləsini 2014-2018-ci, magistr pilləsini isə 2020-2022-ci illarda Bakı Dövlət Universitetində Geologiya ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2019-cu ildə Azerbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar elmi layihələndirmə və innovasiyalar şöbəsində operator olaraq başlayıb və 2021-ci ilədək bu vəzifədə çalışıb. 2021-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və geofızika İnstitutunun Filiz maqmatik sistemləri şöbəsində mühəndis vəzifəsini icra edib. 2023-cü ildə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Qaz anbarlarının istismarı İdarəsində çalışmağa başlayıb. Burada o, Layların, quyuların tədqiqatı və istehsalat işləri xidmət sahəsinin tədqiqat qrupunda quyuların tədqiqi üzrə operator vəzifəsində işləyib. 2024-cü ilin fevral ayından indiyədak bu İdarənin Yataqların geologiyası ve idarəedilməsi şöbəsinin geoloqudur.
Həmidə Sarıyeva, SOCAR-da işə başlamadan öncə, 2022-ci ildə şirkətin Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi, 2024-cü ildə isə SOCAR və Almaniyanın "Uniper" şirkətinin Almaniyada birgə təşkil etdikləri "Qadınlar liderlikdə" (Woman in Leadership) proqramının iştirakçısı olub.
Orxan Vahidoğlu, "İki sahil"