Ədirnədə (Türkiyə) sərnişin qatarı relslərdə tərk edilmiş beton nasosu avtomobilinə çırpılıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, qəzada xəsarət alan olmasa da, qatardakı 35 sərnişin Kapıkule Stansiyasına aparılıb.
İstanbuldan Sofiyaya hərəkət edən qatar Sarıbayır ərazisində relslərdə qalan beton nasosu maşınına çırpılaraq dayanıb.
Zərbə nəticəsində aşmış avtomobildə heç kimin olmadığı müəyyən edilib.
Polis relslərdə qalan avtomobilin sürücüsünü tapmaq üçün araşdırmalara başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”