28 oktyabr 2024 21:00
192

Bərdədə anım tədbiri keçirilib

Millət vəkili Xanlar Fətiyev Bərdədə Vətən müharibəsi dövründə  Ermənistanın dinc əhalini raket atəşinə tutması nəticəsində həlak olan mülki şəhidlərin xatirəsini anım tədbirində iştirak edib. 

“İki sahil” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə mülki şəhidlərin  xatirəsinə salınmış lövhə ziyarət olunub, önünə tər güllər düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Anım tədbirində rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmiş, Ermənistanın Bərdədə beş dəfə törətdiyi terror faciəsi zamanı 28 nəfərin şəhid olduğunu, 112 nəfərin əlil olduğunu bildirmişdir.

Ümumrayon tədbirindən sonra Millət vəkili Xanlar Fətiyev mülki şəhid ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmışdır.