28 oktyabr 2024 19:15
167

Millət vəkili Xanlar Fətiyev Bərdədə mülki şəhid ailələrini ziyarət edib

Vətən müharibəsi dövründə Ermənistanın hərbi qüvvələrinin  Bərdə və onun Qarayusifli kəndində dinc əhalini "Smerc" tipli raket atəşinə tutmasından dörd il vaxt keçir.

Millət vəkili Xanlar Fətiyev, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə Bərdədə Ermənistan tərəfindən törədilmiş terror qurbanı olan mülki şəhidlərin ailələrinə baş çəkiblər.

 Onlar öncə kəndin şəhidlərinin xatirəsinə salınmış kompleksi ziyarət edib, önünə tər güllər düzüblər. Sonra mülki şəhidlərin ailələrinə baş çəkilib. Millət vəkili Xanlar Fətiyev onların problem və çətinlikləri ilə maraqlanıb, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağa çalışıb. 

Şəhid ailələri ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə  göstərilən  diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.