28 oktyabr 2024 19:13
95

BANM-də SOCAR-ın Gənc İstedadlar Proqramı ilə bağlı infosessiya keçirilib FOTO

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Gənc İstedadlar Proqramı (GİP) ilə bağlı infosessiya keçirilib.

“İki sahil” xəbər verir ki,  BANM-dən bildirilib ki, tədbiri açan rektor Elmar Qasımov tələbələri Gənc İstedadlar Proqramından faydalanmağa və şəxsi inkişafla bağlı fürsətləri dəyərləndirməyə çağırıb.

SOCAR-ın vitse-prezidentinin müavini - İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəisi Aytən Fərzəliyeva proqramın məqsədi və imkanları haqqında məlumat verib. Eləcə də GİP-in üstünlükləri və perspektivləri barədə tələbələri maarifləndirib.

İnfosessiyanın gedişatında GİP haqqında videoçarx təqdim olunub.

Daha sonra BANM-in məzunları və GİP qalibləri Fərid Hüseynli (2022-2023-cü il), habelə Zəhraxanım Əliyeva, Əkbər Qurbanov və Qəhrəman Kazımlı (2023-2024-cü il) təəssüratlarını bölüşüb, proqramın onlara necə fayda verdiyini qeyd ediblər.

Tədbirin sonunda tələbələri maraqandıran suallar cavablandırılıb.