28 oktyabr 2024 18:50
210

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib:

“Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi.

Səsvermənin nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz siyasi xəttə olan inam və etimadının təzahürü, Özbəkistanın daha da inkişafı və qüdrətlənməsi istiqamətində xidmətlərinizə real dəstəyinin ifadəsidir.

Yeni tərkibdə fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə müvəffəqiyyətlər arzulayıram.

Fürsətdən istifadə edərək bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan xalqının rifahı və firavanlığı yolunda ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm”.