28 oktyabr 2024 17:38
153

Millət vəkili Xanlar Fətiyev Bərdədə vətəndaş qəbulu keçirib

Milli Məclisin üzvü Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib. 

“İki sahil” xəbər verir ki,  qəbulda vətəndaşların müraciətləri dinlənilib, bəzi məsələlər yerində həll edilib, bəzi məsələlərin həlli qanunauyğun şəkildə müvafiq orqanlar qarşısında qaldırılıb.