28 oktyabr 2024 16:00
364

Elnarə Akimova vətəndaş qəbulu keçirib - FOTO

46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnarə Akimova növbəti dəfə vətəndaş qəbulu keçirib. 

“İki sahil” xəbər verir ki, görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb.

Müraciətlər əsasən, sosial təminat, məşğulluq və infrastruktur problemləri ilə bağlı olub. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.

Elnarə Akimova digər məsələlərin həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bildirib. O, bu görüşlərin vətəndaşlarla sıx ünsiyyət qurmaq, problemlərin həllinə daha effektiv yanaşmaq məqsədi daşıdığını qeyd edib.

Deputat vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.