28 oktyabr 2024 14:07
596

Əli Əhmədov seçiciləri ilə növbəti görüşü keçirib - FOTO

Oktyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov seçiciləri ilə növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə əsasən şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları iştirak edib.

Əli Əhmədov seçicilərinin müxtəlif aspektli müraciətlərini dinləyib, onların həll olunması istiqamətində müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.