27 oktyabr 2024 23:27
88

Türkiyədə qonşular arasında daş-dəyənək davası: 11 yaralı - VİDEO

Şanlıurfanın (Türkiyə) Siverek rayonunda qonşular arasında baş verən daş-dəyənək davasında 11 nəfər yaralanıb.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, polislər tərəfləri ayırmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıb.

Hadisə Siverekin Ayvanat məhəlləsində baş verib. İddiaya görə, eyni binada yaşayan qonşu ailələr arasında rüsum məsələsinə görə başlayan mübahisə qısa zamanda daş və dəyənəkli davaya çevrilib.

Davada yaralanan 11 nəfər xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”