Antalyada (Türkiyə) 2-3 nəfərlik qrup parklama üstündə mübahisə zamanı məscidin axundunu döyülüb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, axund xəstəxanaya yerləşdirilib.
Həmin anları axundun qızı mobil telefonla kameraya çəkib.
Hadisə ötən həftə Muratpaşa rayonu, Güvənlik Məhəlləsi Turqut Rəis küçəsində baş verib. Əldə edilən məlumata görə, Güllük Məscidi axundu 57 yaşlı İbrahim Bircan dayanacaqda avtomobilinin qarşısında başqa bir nəqliyyat vasitəsi olduğu üçün gözləməyə başlayıb. Bir müddət sonra avtomobil sahibləri ilə mübahisə edən İ.Bircana bir qrup təpik, yumruq və daşla hücum edib. Bəzi insanlar davanı dağıtmağa çalışarkən İ.Bircan aldığı zərbələrdən sonra yerə yıxılıb. Yerdə təpiklənərək döyülən İ.Bircan üzündən xəsarət alıb.
Evinin qarşısında baş verən hadisənin şahidi olan axundun qızı həmin anları lentə alıb. Gənc qız hücum edən qrupa yalvarsa da nəticəsi olmayıb.
İ.Bircan onu döyən naməlum şəxslərdən şikayət edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”